ABŞ səfirliyi vətəndaşlarına Rusiyanı tərk etməklə bağlı çağırışına aydınlıq gətirib - YENİLƏNİB - VİDEO

ABŞ səfirliyi vətəndaşlarına Rusiyanı tərk etməklə bağlı çağırışına aydınlıq gətirib - YENİLƏNİB  - VİDEO
# 28 sentyabr 2022 15:06 (UTC +04:00)

Səfirlik Rusiya tərəfinin ABŞ vətəndaşları üçün ikili vətəndaşlığı tanımaqdan imtina edə, belə şəxslərin Amerika konsulluğunun yardımına çıxışını, Rusiyanı tərk etmələrini qadağan edə və hərbi xidmətə çağırıla biləcəyindən narahatlığını ifadə edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin məlumatında qeyd olunub.

Məlumatda o da bildirilib ki, hazırda kommersiya uçuşlarının sayı son dərəcə məhduddur və çox vaxt səfərdən əvvəl qısa müddətdə bilet almaq mümkün olmur: "Minik avtomobili və ya avtobusla ölkəni tərk etmək üçün quru marşrutları hələ də açıqdır. Əgər Rusiyanı tərk etmək istəyirsinizsə, mümkün qədər tez özünüz bunu həll etməlisiniz".

***

14:23

ABŞ-ın Rusiyadakı səfirliyi öz vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə diplomatik missiyanın saytında məlumat yerləşdirilib.

“ABŞ vətəndaşları Rusiyaya səfər etməməlidirlər. Rusiyada yaşayan və ya Rusiya daxilində səyahət edənlər isə ölkəni dərhal tərk etməlidirlər”, - səfirliyin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR