ABŞ və Polşa səfirləri Rusiya XİN-ə çağırılıb

ABŞ və Polşa səfirləri Rusiya XİN-ə çağırılıb
# 11 may 2022 16:33 (UTC +04:00)

ABŞ və Polşanın səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Con Salivvan və Kşiştof Krayevski yerli vaxtla saat 15-də Rusiya XİN-nin binasına daxil olublar.

Polşa səfiri 15 dəqiqə sonra Rusiya XİN-nin binasını tərk edib. Eyni ilə ABŞ səfiri də 20 dəqiqədən az müddətdə XİN binasını tərk edib. Hər iki diplomat jurnalistlərin suallarını cavablandırmadan gediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR