ABŞ və Rusiya terrorçuluqla mübarizəyə dair görüşləri hər il keçirəcək

ABŞ və Rusiya terrorçuluqla mübarizəyə dair görüşləri hər il keçirəcək
  • Clock-gray 01:41
  • calendar-gray 10 Sentyabr 2019

ABŞ və Rusiyanın terrorçulara qarşı mübarizəyə dair görüşləri hər il olacaq və yaxın gələcəkdə ekspert səviyyəsində davam etdiriləcək.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Vyanada ABŞ dövlət katibinin birinci müavini Con Sallivan və Rusiya xarici işlər nazirinin birinci müavini Oleq Sıromolotovla məsləhətləşmələrin ardından Dövlət Departamentindən bildirilib.

“ABŞ və Rusiya hər il iki ölkə arasında yüksək səviyyəli terrorizmlə mübarizəyə dair dialoq aparmağa razılıq verdilər və həmçinin ABŞ və Rusiya antiterror ekspertləri gələcək aylarda əməkdaşlıq imkanlarını araşdırmaq üçün görüşəcəklər”, - Dövlət Departamentinin məlumatında belə deyilir.

Sıromolotovla görüşdə Sullivan, eləcə də seçkilərin təhlükəsizliyi və Ukraynadakı vəziyyətlə bağlı məsələləri qaldırıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date