ABŞ Yeni Zelandiyanın AUKUS-a üzv ola biləcəyini açıqlayıb

ABŞ Yeni Zelandiyanın AUKUS-a üzv ola biləcəyini açıqlayıb
# 10 avqust 2022 08:49 (UTC +04:00)

Yeni Zelandiya Vaşinqtonun strateji əhəmiyyətli tərəfdaşıdır.

APA xəbər verir ki, belə bir bəyanatla ABŞ dövlət katibinin müavini Uendi Şerman “Radio New Zealand” radiostansiyasında çıxış edib.

Onun sözlərinə görə, bu ölkə Avstraliya, Böyük Britaniya və ABŞ-ın (AUKUS) hərbi ittifaqına daxil ola bilər.

“Biz qabaqcadan başqa ölkələrin bu ittifaq qoşula biləcəyini söyləmişdik. Artıq bu vaxt gəlib və biz Yeni Zelandiyanı burda görmək istəyirik”,- deyə Şerman bildirib.

Dövlət katibinin müavini həmçinin vurğulayıb ki, Yeni Zelandiya ilə münasibətlər ABŞ üçün çox dəyərlidir və bu ölkə Vaşinqtonun Sakit okean regionunda ən mühüm tərəfdaşı olaraq qalır.

Daha əvvəl Yeni Zelandiyanın Baş naziri Casinda Ardern ölkəsinin hərbi ittifaqlar siyahısını genişləndirmək niyyətində olmadığını və yeni müdafiə tərəfdaşlığı və ittifaqlara girməyəcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR