AEBA-nın baş direktoru Ermənistanda səfərdədir

Rafael Qrossi

© APA | Rafael Qrossi

# 04 oktyabr 2022 11:14 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Ermənistanda işgüzar səfərdədir.

APA xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan sosial şəbəkə hesabında bildirib.

Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın dəvəti ilə Ermənistana gələn Qrossinin nazirlə görüşü bu günə planlaşdırılıb. Qrossi səfər çərçivəsində Mirzoyanla yanaşı, Prezident Vaaqn Xaçatryan, Baş nazir Nikol Paşinyan, ərazi idarəetmə və infrastruktur naziri Gnel Sanosyan və səhiyyə naziri Anait Avanesyanla da görüşlər keçirəcək.

AEBA-nın baş direktoru həmçinin Ermənistan AES və Fanarcyan adına milli onkoloji mərkəzə səfər edəcək, İrəvan Dövlət Universitetinin tələbələri qarşısında mühazirə oxuyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR