Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar Paşinyanla görüşüb

Toivo Klaar

© APA | Toivo Klaar

# 03 iyun 2022 22:28 (UTC +04:00)

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

APA-nın xəbərinə görə, o, bu barədə “Twitter” hesabındakı paylaşımında bildirib.

“İrəvanda Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Milli Təhlükəsizlik Şurasının sədri Qriqoryan, parlamentin vitse-spikeri Ruben Rubinyanla intensiv görüşlər oldu. Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə (əlaqələrinə dair) ən son vəziyyəti müzakirə etdik”, - deyə Klaar bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR