Aleksey Overçuk: Nəqliyyat əlaqələrinin açılması Ermənistan üçün yeni imkanlar açacaq

Aleksey Overçuk

© APA | Aleksey Overçuk

# 19 sentyabr 2022 20:51 (UTC +04:00)

Azərbaycanla Ermənistan arasında yolların açılması təxminən 4,5-5 milyard dollarlıq Rusiya sərmayəsinin Ermənistan bazarına daxil olmasına şərait yaradacaq.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvanda keçirilən IX Rusiya-Ermənistan Regionlararası Forumunda çıxışı zamanı deyib.

O, Azərbaycanla Ermənistan arasında avtomobil və dəmir yollarının açılmasının təxminən 4,5-5 milyard dollarlıq Rusiya sərmayəsinin Ermənistan bazarına daxil olmasına şərait yaradacağını söyləyib.

"Üçtərəfli sazişlərdə nəzərdə tutulan regionda nəqliyyat əlaqələrinin açılması Ermənistanın iqtisadi inkişafı və bura investisiyaların axını üçün yeni imkanlar açacaq",- deyə Rusiya Baş nazirinin müavini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR