Alla Puqaçovanın nəvəsi səfərbərliyə cəlb olunmasını təkzib edib - YENİLƏNİB

Alla Puqaçova

© APA | Alla Puqaçova

# 07 oktyabr 2022 15:25 (UTC +04:00)

Rusiyalı müğənni Alla Puqaçovanın nəvəsi, musiqiçi Nikita Presnikov qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırıldığını inkar edib.

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, o, hərbi xidmətə çağırılmasını yalanlayıb.

Nikita Presnikov əlavə məlumat verməkdən imtina edib.

***

14:29

Rusiyalı müğənni Alla Puqaçovanın nəvəsi, musiqiçi Nikita Presnikov qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılıb.

APA-nın “Beşinci kanal”a istinadən verdiyi xəbərə görə, o, teatrda məşqdə olduğu zaman hərbi xidmətə aparılıb.

Qeyd edək ki, Alla Puqaçova Rusiyanın Ukrayanada apardığı xüsusi hərbi əməliyyatlara etiraz edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR