Almaniyada həbs düşərgəsinin 101 yaşlı nəzarətçisi 5 il azadlıqdan məhrum edilib

Almaniyada həbs düşərgəsinin 101 yaşlı nəzarətçisi 5 il azadlıqdan məhrum edilib
# 28 iyun 2022 13:58 (UTC +04:00)

Almaniyada həbs düşərgəsinin 101 yaşlı nəzarətçisi Jozef Şutzun oktyabrda başlayan məhkəmə prosesi başa çatıb.

APA “Figaro”ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs 5 il azadlıqdan məhrum edilib.

Məhkəmə bu yaşda olan insanlar üçün Almaniya qanunvericiliyində müəyyən edilmiş ən uzunmüddətli cəzanı təyin edib.

Qeyd edək ki, faşist əsir düşərgəsinin keçmiş nəzarətçisi Jozef Şutz 1942-1945-ci illərdə 3 518 dustağın ölümündə iştirak etməkdə ittiham olunur. Prokurorluq onun 5 il azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxs ittihamları rədd edərək faşist Almaniyasının ordusu və polisi ilə əlaqələri barədə deyilənləri yalan adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR