Qazaxıstanda fövqəladə vəziyyət sabah başa çatacaq - YENİLƏNİB

Almatı

© APA | Almatı

# 18 yanvar 2022 18:07 (UTC +04:00)

Yanvarın 19-dan bütün Qazaxıstan ərazisində fövqəladə vəziyyət başa çatır.

APA bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmərinə istinadən xəbər verir.

Qeyd edək ki, Qazaxıstanda fövqəladə vəziyyət yanvarın 5-dən qüvvəyə minmişdi.

***

17:40

Qazaxıstanın Almatı şəhərində fövqəladə vəziyyət və komendant saatı yanvarın 19-da başa çatacaq.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Almatı komendaturası məlumat yayıb.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-dən 19-na qədər Manqistau vilayəti və Almatı şəhərində fövqəladə vəziyyətin elan olunması barədə fərman vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR