Almatıda iğtişaşlar zamanı 160 nəfər ölüb, morqlardan 41 meyit oğurlanıb

Almatıda iğtişaşlar zamanı 160 nəfər ölüb, morqlardan 41 meyit oğurlanıb
# 16 yanvar 2022 18:54 (UTC +04:00)

Almatıda kütləvi iğtişaşlar zamanı 149 mülki şəxs və hüquq-mühafizə orqanlarının 11 əməkdaşı ölüb.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün keçirilən brifinqdə şəhər polis departamentinin rəisi Kanat Taymerdenov bildirib.

Kanat Taymerdenov iğtişaşlar zamanı şəhərdəki morqlara 7 hücum olduğunu, 41 meyitin oğurlandığını da açıqlayıb: “Onlar ölüləri morqda qoymayıb, yaralıları da özləri ilə götürüblər. Morqlardan 41 meyit oğurlanıb”.

Qeyd edək ki, dünən Qazaxıstanın Baş Prokurorluğu ölkədə baş verən iğtişaşlar zamanı ümumilikdə 225 nəfərin öldüyünü açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR