Armen Qriqoryan ABŞ MN-in rəsmiləri ilə regional təhlükəsizliyi müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan

© APA | Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan

# 23 may 2023 10:21 (UTC +04:00)

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Müdafiə Nazirliyinin rəsmiləri ilə regional təhlükəsizliyi müzakirə edib.

APA xəbər verir ki, bu barədə Armen Qriqoryan "Facebook" hesabında məlumat verib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, o, mayın 22-də İrəvanda səfərdə olan ABŞ Müdafiə Nazirliyinin general-mayoru Keith Filips və Patrik Priori ilə regional təhlükəsizlik vəziyyətini müzakirə edib, Ermənistan və ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR