Armen Qriqoryan Hindistan Baş nazirinin müşaviri ilə görüşüb

Armen Qriqoryan Hindistan Baş nazirinin müşaviri ilə görüşüb

© APA | Armen Qriqoryan Hindistan Baş nazirinin müşaviri ilə görüşüb

# 18 noyabr 2022 18:08 (UTC +04:00)

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistan Baş naziri Narendra Modinin milli təhlükəsizlik müşaviri Ajit Doval ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Armen Qriqoryan "Facebook" hesabında paylaşım edib.

Onun sözlərinə görə, görüşdə Hindistan Xarici Kəşfiyyat Xidmətinin Tədqiqat və Təhlil Departamentinin rəhbəri Samant Qoel də iştirak edib.

"Biz Ermənistan və Hindistan arasında yüksək səviyyəli ikitərəfli səfərlərin əhəmiyyətini vurğuladıq və təhlükəsizlik sahəsində inkişaf edən ikitərəfli əməkdaşlığı alqışladıq.

Təhlükəsizlik sahəsində əldə edilmiş razılaşmaların tezliklə həyata keçirilməsinə kömək etmək üçün tərəfdaşlarımızla razılığa gəldik", - Qriqoryan deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR