Armen Qriqoryanın avtomobili qəzaya uğrayıb

Armen Qriqoryan

© APA | Armen Qriqoryan

# 26 yanvar 2023 11:48 (UTC +04:00)

Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanın xidməti avtomobili qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Avtomobil qəzası bu gün səhər baş verib. İrəvanın mərkəzi küçələrinin kəsişməsində baş verən qəza səbəbi ilə hər iki avtomobilin sürücüsü alkoqol testindən keçib və sərxoşluq aşkarlanmayıb.

Tərəflər qəzaya səbəb olan yol hərəkəti qaydasını pozmaqda bir-birini günahlandırır.

Araşdırma aparılır, materiallar toplanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR