AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Gürcüstandadır

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Gürcüstandadır
# 17 sentyabr 2019 10:29 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Gürcüstanda səfərdədir.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, səfər çərçivəsində onların Gürcüstan Prezidenti Salome Zurabişvili, Gürcüstan parlamentinin spikeri Arçil Talakvadze, Baş nazir Giorgi Qaxaria və Nazirlər Kabinetinin üzvləri ilə görüşləri planlaşdırılır. Sabah isə həmməruzəçilərin Gürcüstanın Baş prokuroru Şalva Tadumadze ilə görüş keçiriləcək.

Görüşlər sentyabrın 18-də Gürcüstan Parlamentində davam edəcək. Burada parlamentin "Gürcü Arzusu", "Gürcüstan Vətənpərvərləri" fraksiyaları ilə görüşlər planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR