ATƏT PA Qırğızıstanda vəziyyətlə bağlı bəyanat yayıb

ATƏT PA Qırğızıstanda vəziyyətlə bağlı bəyanat yayıb
  • Clock-gray 15:55
  • calendar-gray 09 Avqust 2019

ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli Qırğızıstanda vəziyyətlə bağlı bəyanat yayıb. 

APA ATƏT-in Parlament Assambleyasının rəsmi saytına istinadən xəbər verir ki, G. Tsereteli hökuməti və müxalifət üzvlərini təmkin sərgiləməyə, ölkənin Konstitusiyasına və demokratik dəyərlərə uyğun olaraq stabilliyi bərpa etməyə çağırıb. 

O, Qırğızıstanda sonuncu prezident seçkilərinin və hakimiyyətin bir seçilmiş prezidentdən digərinə nizamlı şəkildə ötürülməsinin ATƏT müşahidəçiləri tərəfindən alqışlandığını xatırladıb.

Onun sözlərinə görə, ölkədə demokratik institutların gücləndirilməsi, qanunun aliliyinin təmin edilməsi Qırğızıstanın uzunmüddətli stabilliyi və rifahı üçün həlledicidir. 

Rəna Ağayeva

Digər xəbərlər

Arxiv

date