Avrasiya İqtisadi Birliyi ölkələrinin Baş nazirləri Minskdə görüşəcək

Avrasiya İqtisadi Birliyi ölkələrinin Baş nazirləri Minskdə görüşəcək
# 08 iyun 2022 18:21 (UTC +04:00)

Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinin Baş nazirləri iyunun 21-də Minskdə görüşəcək.

APA BELTA-ya istinadən xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının rəsmi nümayəndəsi İya Malkina brifinqdə bildirib.

"Hökumətlərarası Şura iyunun 21-də Minskdə hökumət başçılarının iştirakı ilə keçiriləcək. Hökumət başçıları AİB-də identifikasiya vasitələri ilə malların markalanmasının tətbiqi, yüksək texnologiyalı sənayelərdə əməkdaşlıq, 2021-ci ildə transsərhəd bazarlarda rəqabətin vəziyyəti və ümumi rəqabət qaydalarının pozulması hallarının qarşısının alınması tədbirlərini müzakirə edəcəklər”, - o qeyd edib.

Aİİ rəsmisi vurğulayıb ki, müzakirə gündəliyinə nəqliyyat infrastrukturunun inkişafı, iqtisadiyyatın rəqəmsallaşdırılması, elektron ticarət, gömrük əməkdaşlığı və digər məsələlər daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR