Avrasiya İqtisadi Şurasının iclasının keçiriləcəyi vaxt açıqlanıb

Avrasiya İqtisadi Şurasının iclasının keçiriləcəyi vaxt açıqlanıb
# 21 noyabr 2022 13:03 (UTC +04:00)

Avrasiya İqtisadi Şurasının iclasının keçiriləcəyi vaxt açıqlanıb.

APA xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Şuranın iclasının dekabrın 9-da Bişkekdə keçirilməsi planlaşdırılır.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, bu gün Qırğızıstan Prezidenti Sadır Japarov qazaxıstanlı həmkarı Kasım-Jomard Tokayevlə telefon danışığı zamanı dekabrda keçiriləcək iclasa hazırlıq məsələsini müzakirə edib.

Qeyd edək ki, Avrasiya İqtisadi Şurasının sonuncu iclası mayın 27-də videokonfrans vasitəsilə keçirilib. İclasda Avrasiya İqtisadi Şurasına üzvü olan bütün ölkələrin - Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistanın rəhbərləri və iki müşahidəçi ölkə - Özbəkistan və Kubanın rəhbərləri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR