Avropa İttifaqı Moldovaya 15 milyon avro maliyyə yardımı ayıracaq

Avropa İttifaqı Moldovaya 15 milyon avro maliyyə yardımı ayıracaq
# 15 iyul 2019 19:12 (UTC +04:00)

Avropa İttifaqı Moldova hökumətinə maliyyə yardımını bərpa edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Hann bu gün Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı yaxın günlərdə Moldovaya təxminən 15 milyon avro ayıracaq. O bildirib ki, bu, Avropa İttifaqının Moldova xalqını dəstəkləməsinə aydın siqnaldır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR