AYİB Moldovaya 300 milyon avro yardım ayırıb

AYİB

© APA | AYİB

# 24 iyun 2022 08:46 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Moldovaya 300 milyon avro vəsait ayırıb.

APA xəbər verir ki, bu barədə qurumun yaydığı son məlumatda bildirilib. Qeyd olunur ki, maliyyə yardımı Moldovanın enerji təchizatının yaxşılaşdırılmasına kömək məqsədi daşıyır. Ölkə bu pulla qaz əldə edərək ehtiyat yaratmalıdır.

Vəsait enerji təchizatı ilə məşğul olan “JSC Energocom” şirkətinə ödəniləcək. Şirkət bu vəsait ilə Avropanın qaz şəbəkəsindən mavi yanacaq götürəcək.

Hazırda Moldovanı qazla Rusiyanın “Qazprom” şirkəti təmin edir. Şirkətlə müqavilə 2026-cı ildə başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR