Azərbaycan Gürcüstanın ən böyük xarici investoru olub

Azərbaycan Gürcüstanın ən böyük xarici investoru olub
# 15 avqust 2019 11:52 (UTC +04:00)

2018-ci ildə Azərbaycan Gürcüstanın ən böyük birbaşa xarici investoru olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Ofisinin hesabatında məlumat verilib.

Bildirilib ki, ötən il Azərbaycandan Gürcüstana 264.4 mln dollar sərmayə yatırılıb. Bu həmin il Gürcüstana yatırılan xarici sərmayənin 19.6 faizini təşkil edib.

Hesabata əsasən 2018-ci ildə Gürcüstana ümumilikdə 1 265.2 mln dollar xarici investisiya yatırılıb.

Hesabatda həmçinin qeyd olunub ki, 2017-ci illə müqayisədə, ötən il Gürcüstana birbaşa xarici investisiyanın həcmi 35,5 faiz azalıb. Gürcüstan Milli Statistika İdarəsi bunu ölkə ərazisində magistral qaz kəməri layihələrinin tamamlanması ilə əlaqələndirib.

Gürcüstana birbaşa xarici investisiya qoyuluşu baxımından Hollandiya, 208 milyon dollar (16.5 faiz) və Böyük Britaniya 179 milyon dollar (14.1 faiz) təşkil edib.

Hesabatda bildirilib ki, ötən il Gürcüstanda ən böyük sərmayə qoyuluşu maliyyə sektoruna olub (271 milyon dollar). Lakin əvvəlki illə müqayisədə bu sektora qoyulan investisiya 37 milyon dollar azalıb. İkinci yerdə tikinti (173 milyon dollar), üçüncü yerdə isə nəqliyyat və rabitə sektoru qərarlaşıb (163 mln. dollar).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR