Azərbaycan Baş naziri Əli Əsədov və Rusiya Baş naziri Mixail Mişustin arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Danışıq zamanı tərəflər birgə layihələr, nəqliyyat və logistika sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Həmçinin hökumət başçıları gələcəkdə hökumət xətti ilə keçiriləcək görüşlərin qrafikini müzakirə ediblər.