Azərbaycanda Qazaxıstan əmtəə istehsalçılarının missiyası keçiriləcək

Azərbaycanda Qazaxıstan əmtəə istehsalçılarının missiyası keçiriləcək
# 30 mart 2023 13:45 (UTC +04:00)

Azərbaycanda Qazaxıstan əmtəə istehsalçılarının missiyası keçiriləcək.

Bunu APA-ya Qazaxıstanın ölkəmizdəki səfirliyindən bildiriblər.

Səfirliyin məlumatına əsasən, Qazaxıstan Respublikasının ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayevin başçılığı ilə ölkəmizə səfər edəcək nümayəndə heyəti 5 apreldə Bakıya səfər edəcək.

Səfər çərçivəsində Qazaxıstan Respublikasının əmtəə istehsalçılarının Ticarət-İqtisadi Missiyası keçiriləcək.

Həmçinin o da əlavə olunub ki, tədbirin keçirilməsində əsas məqsəd Qazaxıstan müəssisələri ilə Azərbaycanın potensial idxalçıları, treyderləri və distribyutorları arasında birbaşa əlaqələrin qurulması, ticarət əlaqələrinin intensivləşdirilməsidir.

Qeyd edək ki, tədbirin təşkilatçıları Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyi və “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR