Azərbaycanın Gürcüstandakı səfiri azərbaycanlı iş adamları ilə görüşüb

Azərbaycanın Gürcüstandakı səfiri azərbaycanlı iş adamları ilə görüşüb
# 03 oktyabr 2019 18:15 (UTC +04:00)

Azərbaycanın Gürcüstandakı səfirliyində bu ölkədə fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə görüş keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov bildirib ki, iki ölkə arasında hər zaman dostluq və qardaşlıq münasibətləri olub: "Hər iki ölkənin xalqları arasında isti münasibətlər biznes mühitində də əks olunub".

Səfir vurğulayıb ki, Azərbaycan höküməti Gürcüstanda fəaliyyət göstərən iş adamlarına hər zaman öz dəstəyini verməyə hazırdır.

Görüşdə iş adamlarının üzləşdiyi çətinliklər və problemlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR