Bakıda gənc oğlanı avtomobil vurub

Bakıda gənc oğlanı avtomobil vurub
# 20 yanvar 2023 04:43 (UTC +04:00)

Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, qəza 8 Noyabr prospektində qeydə alınıb.

Paytaxt sakini 2006-ci il təvəllüdlü Kərimov Nicat Elman oğlunu yolu keçərkən avtomobil vurub. Yaralı komatoz vəziyyətində xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR