Bakıda hündürlükdən yıxılan şəxs ölüb

Bakıda hündürlükdən yıxılan şəxs ölüb
# 15 sentyabr 2019 02:55 (UTC +04:00)

Nəsimi rayonunda ölüm hadisəsi baş verib.

APA xəbər verir ki, R.Məmmədov küçəsində yerləşən yeraltı dayanacaqda təxminən 45-50 yaşlı kişinin meyiti tapılıb.

Hadisə yerinə Nəsimi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Prokurorluq əməkdaşlarının ilkin ehtimalına görə, ölən şəxs hündürlükdən yıxılaraq ağır xəsart alıb.
Hazırda ölümün dəqiq səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR