Bakıda doğulmuş şəxs Sankt-Peterburqun qubernatoru seçilib

Bakıda doğulmuş şəxs Sankt-Peterburqun qubernatoru seçilib
# 09 sentyabr 2019 16:48 (UTC +04:00)

Aleksandr Beqlov Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru seçilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, Sankt-Peterburqun qubernatoru vəzifəsini icra edən A. Beqlov 64,47 faiz səslə irəlidədir.

Sankt-Peterburqda artıq seçki protokollarının 98,93 faizi sayılıb.

Rusiyanın Baş naziri Dmitri Medvedyev də qələbə münasibətilə A. Beqlovu təbrik edib.

Qeyd edək ki, A. Beqlov 1956-cı ildə Bakı şəhərində anadan olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR