Bayden Ukraynanın müdafiəsi üçün təşəbbüslərin anonsunu verib

Bayden Ukraynanın müdafiəsi üçün təşəbbüslərin anonsunu verib
# 03 dekabr 2021 23:52 (UTC +04:00)

ABŞ administrasiyası Rusiyanın Ukraynaya qarşı mümkün təcavüzünə imkan verməmək üçün plan hazırlayır.

APA-nın “Ria Novosti”yə istinadla xəbərinə görə, bunu ABŞ Prezidenti Co Bayden bəyan edib.

“Üzərində işlədiyimiz bu plan insanların ən çox ehtiyat etdiyi şeyi Vladimir Putin üçün çox-çox çətinləşdirəcək”, deyə Bayden əlavə edib.

Qeyd edək ki, Qərb mətbuatı Rusiyanın Ukrayna ilə sərhədə qoşun cəmləşdirməsi məsələsinə xüsusi diqqət yetirir. Rusiya tərəfi isə bildirir ki, öz ərazisində qoşunların yerdəyişməsini aparmaqla bağlı özü qərar verə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR