BƏƏ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında əsir mübadiləsi olub

BƏƏ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında əsir mübadiləsi olub
# 04 fevral 2023 13:28 (UTC +04:00)

“Mürəkkəb danışıqlar prosesi nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin 63 hərbçisi Kiyev rejiminin nəzarətində olan Ukrayna ərazisindən geri qaytarılıb”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Hazırda bütün hərbi qulluqçular hərbi nəqliyyat təyyarəsi ilə Rusiya ərazisinə çatdırılıb. Onlara lazımi psixoloji və tibbi yardım göstərilir, yaxınları ilə əlaqə saxlamaq imkanı yaradılır. Azad edilən hərbçilər qrupuna Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinin vasitəçilik səyləri nəticəsində mübadilələri mümkün olan “həssas kateqoriya”dan olan şəxslər daxildir”, deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR