Belarus Konstitusiyasına ediləcək dəyişikliklər məlum olub

Belarus Konstitusiyasına ediləcək dəyişikliklər məlum olub
# 27 dekabr 2021 21:04 (UTC +04:00)

Belarusda Əsas Qanuna ediləcək dəyişikliklər açıqlanıb.

APA-nın xəbərinə görə, dəyişikliklər fevralda ümumxalq səsverməsinə çıxarılacaq. Referendumda layihə qəbul edilərsə, prezident 2 dəfədən artıq müddətə seçilə bilməyəcək. İstefadan sonra isə onu cinayət məsuliyyətinə cəlb etmək mümkün olmayacaq. Bununla belə, sabiq prezident Belarus Ali Məclisinə rəhbərlik edə, və ya ömürlük senator seçilə bilər.

Layihəyə görə dövlətin ali orqanı Belarus Ali Məclisi olacaq. Deputatlar isə 4 deyil, 5 il müddətinə seçiləcək.



#
#

ƏMƏLİYYAT İCRA OLUNUR