Belarus Müdafiə Nazirliyi hərbi təlimlərə başlayır

Belarus Müdafiə Nazirliyi hərbi təlimlərə başlayır
# 09 avqust 2022 17:23 (UTC +04:00)

Belarus Müdafiə Nazirliyi döyüş atışlı hərbi təlimlərə başlayır.

APA-nın xəbərinə görə, bu barədə Nazirliyin "Telegram" kanalında məlumat paylaşılıb. Bildirilib ki, təlimlər Belarus ərazisində və Rusiya Aerokosmik Qüvvələrinin 185-ci döyüş hazırlığı mərkəzində keçiriləcək.

Belarus Müdafiə Nazirliyinin məlumatına görə, hərbçilər canlı atəşlə müxtəlif əməliyyat-taktiki tapşırıqları icra edəcəklər. Təlimlərin avqustun 9-dan 25-dək davam edəcəyi qeyd olunub.

Əlavə olunub ki, məqsəd hərbi birləşmələr arasında qarşılıqlı əməliyyat qabiliyyətinin artırılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR