Belarus Müdafiə Nazirliyi Ukraynadan hərbi təxribatları istisna etmir

Belarus Müdafiə Nazirliyi Ukraynadan hərbi təxribatları istisna etmir
# 15 may 2022 23:33 (UTC +04:00)

Ukrayna Belarus sərhədləri yaxınlığında 10 minə yaxın hərbi qulluqçu və müasir silahlar cəmləşdirib.

APA TASS-a istinadən xəbər verir ki, bu sözləri Belarus Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini İqor Korol “STV” kanalına deyib.

“Bu gün Ukrayna Belarus Respublikasına qarşı Rivne istiqamətində 10 minə yaxın hərbçi cəmləşdirib. Onların 6 min nəfəri Ovruç istiqamətində, 4 min 500 nəfəri isə Çerniqov istiqamətindədir”,-deyə Baş Qərargah rəisinin birinci müavini bildirib.

Korol deyib ki, onlar arasında Amerikanın ən müasir vasitələri ilə silahlanmış artilleriya və hava hücumundan müdafiə bölmələri var.

“Ukraynalılar qonşu ərazilərdə yolları, körpüləri minalayır. Onlar gücləndirilmiş silahlı dəstələrlə patrul xidməti aparır. Buna görə də istənilən təxribatlar ola bilər”, - deyə Korl əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR