Belarus parlamenti terror aktına cəhdə görə ölüm cəzasına icazə verib

Belarus parlamenti terror aktına cəhdə görə ölüm cəzasına icazə verib
# 04 may 2022 17:39 (UTC +04:00)

Belarus parlamentinin yuxarı palatası terror aktına cəhdə görə ölüm cəzasının mümkünlüyünü nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.

Aprelin sonunda Belarus deputatları terror aktlarına cəhdə görə ölüm cəzasının tətbiqi imkanını təklif edən cinayət məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsini iki oxunuşda qəbul ediblər.

Bildirilib ki, qanun layihəsi dağıdıcı elementlərə qarşı çəkindirici təsir göstərmək, habelə dövlətin terror fəaliyyətinə qarşı qətiyyətli mübarizəsini nümayiş etdirmək məqsədi ilə hazırlanıb.

Qeyd edək ki, Belarusda qanun layihəsinin qüvvəyə minməsi üçün bunu parlamentin iki palatası təsdiq etməli və prezident tərəfindən imzalanmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR