Belarus Rusiyadan "Mi-35" helikopterləri alacaq

Belarus Rusiyadan "Mi-35" helikopterləri alacaq
# 05 fevral 2023 22:44 (UTC +04:00)

Aprel ayına qədər Belarus Rusiyadan “Mi-35M” helikopterləri alacaq, il ərzində isə “Su-30SM” təyyarələri almağı planlaşdırır.

APA-nın xəbərinə görə, bunu Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Andrey Lukyanoviç STV telekanalının efirində deyib.

"Cəmi bir neçə həftə əvvəl biz yeni “Tor-M2” zenit-raket kompleksi aldıq, yaxın gələcəkdə “Mi-35M” helikopterlərini alacağıq. Aprel ayına qədər helikopterlər Belarus aerodromlarında olacaqdeyə Lukyanoviç vurğulayıb.

General onu da əlavə edib ki, Rusiyadan “Su-30SM” təyyarələrinin alınması da bu ilə planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR