Belarusa ŞƏT-ə tamhüquqlu üzv statusunun verilməsi proseduruna başlanılıb

Belarusa ŞƏT-ə tamhüquqlu üzv statusunun verilməsi proseduruna başlanılıb
# 16 sentyabr 2022 12:35 (UTC +04:00)

Belarusa Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv statusunun verilməsi prosedurunun başlandığı elan olunub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev bildirib.

"Biz Belarus Respublikasına ŞƏT-in tamhüquqlu üzvü statusunun verilməsi proseduruna başlamaq barədə qərar qəbul edirik", - deyə Mirziyoyev təşkilatın Səmərqənddə keçirilən sammitinin geniş iclasını açarkən deyib.

"Bu gün təşkilatın tamhüquqlu üzvü kimi İran İslam Respublikası tərəfindən öhdəliklər haqqında memorandum imzalanır. Misir Ərəb Respublikası və Qətər dövlətinə dialoq üzrə tərəfdaş statusunun verilməsi haqqında memorandumların imzalanmasını alqışlayırıq”, - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR