Belarusda parlament seçkilərində səsvermə başa çatıb

Belarusda parlament seçkilərində səsvermə başa çatıb
  • Clock-gray 00:09
  • calendar-gray 18 Noyabr 2019

"Belarus Parlamentinin aşağı palatasına keçirilən seçkilərdə bütün seçki dairələri üzrə səsvermə başa çatıb. Qanunverici orqanın 110 deputatı seçilib”. 

APA TASS-a istinadən xəbər verir ki, bunu bazar günü Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Lidia Yermoşina açıqlayıb.

Bildirilib ki, seçicilərin fəallığı 70,72 faiz olub. 

Qeyd edək ki, Belarus MSK-da qeydə alınan 560 namizəddən 513-ü parlamentdəki yerlərə iddia edib. 6,8 milyondan çox seçici səs verib. Seçkini 1000-dən çox beynəlxalq müşahidəçi izləyib.

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date