Belarusda polis avtomobilini partlatmaqda şübhəli bilinən şəxs saxlanılıb

Belarusda polis avtomobilini partlatmaqda şübhəli bilinən şəxs saxlanılıb
# 13 yanvar 2022 22:53 (UTC +04:00)

Belarusun hüquq-mühafizə orqanları polis avtomobilini naməlum partlayıcı qurğu vasitəsilə sıradan çıxarmaqda şübhəli bilinən 45 yaşlı şəxsi saxlayıb.

APA xəbər verir ki, bu barədə Belarus İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, faktla bağlı “Terror aktı” maddəsi ilə cinayət işi başlanıb: “Cinayət bu il yanvarın 8-də saat 04:50 radələrində Minskin Mərkəzi Dairəsinin Administrasiyasının Daxili İşlər İdarəsinin binası yaxınlığında törədilib. Yanvarın 13-də şübhəlinin yaşadığı ünvandan istifadə üçün hazırlanmış azı beş partlayıcı qurğu, habelə onların hazırlanması üçün külli miqdarda müxtəlif kimyəvi maddələr və komponentlər, barıt və pirotexniki tərkiblərə dair ədəbiyyat aşkar edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR