Belarusun xarici işlər naziri qəfil vəfat edib

Vladimir Makey

© APA | Vladimir Makey

# 26 noyabr 2022 17:43 (UTC +04:00)

Belarusun xarici işlər naziri Vladimir Makey 64 yaşında vəfat edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə BelTa agentliyinə Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz məlumat verib.

O, nazirin qəfil vəfat etdiyini bildirib.

Qeyd edək ki, Vladimir Makey 2012-ci ildən Belarusun xarici işlər naziri postunda çalışırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR