Ben Uolles: Vilnüs sammitində Ukrayna NATO-ya üzv olmağa dəvət edilməyəcək

Ben Uolles: Vilnüs sammitində Ukrayna NATO-ya üzv olmağa dəvət edilməyəcək
# 02 iyun 2023 16:12 (UTC +04:00)

İyulda Vilnüsdə keçiriləcək sammitdə Ukrayna NATO-ya üzv olmağa dəvət edilməyəcək və Şimali Atlantika Alyansı və Aİ Kiyev kimi namizədlərə həddindən artıq vəd verməməlidir.

APA-nın Britaniya bürosu xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Washington Post” qəzetinə müsahibəsində deyib.

Ben Uolles Kiyevin alyansa qoşulması ilə bağlı davam edən fikir ayrılıqlarına istinad edərək qeyd edib ki, NATO və Aİ keçmişdəki səhvləri təkrarlayaraq namizədlərə həddən artıq vəd verməməlidir.

“Biz realist olmalıyıq və deməliyik ki, Vilnüsdə bu baş verməyəcək, və bu, tezliklə baş verməyəcək”, - nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR