Berdiməhəmmədov Rusiya vaksinləri sayəsində ölkəsində COVID-19-un olmadığını bildirib

Qurbanqulu Berdıməhəmmədov

© APA | Qurbanqulu Berdıməhəmmədov

# 28 dekabr 2021 17:01 (UTC +04:00)

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkədə koronavirusa yoluxma hallarının qeydə alınmamasına görə Rusiya istehsalı olan vaksinlərə borclu olduqlarını deyib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkmənistan Prezidenti MDB dövlət başçılarının Sankt-Peterburqdakı qeyri-formal sammitində çıxışı zamanı bildirib.

“Türkmənistanda bu günə qədər bu pandemiya qeydə alınmayıb və mən demək istəyirəm ki, bu, Rusiya Federasiyasının sayəsində belədir. Biz “Sputnik V” və “EpiVakKorona” vaksinlərini qeydiyyata alan ilk ölkələrdən olduq”, - Q. Berdiməhəmmədov qeyd edib.

Q. Berdiməhəmmədov Rusiyanın bakteriologiya və virusologiya sahəsində metodiki yardım göstərməsinə ehtiyac duyduqlarını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR