Blinken Cenevrədə Lavrovla keçirdiyi görüşün nəticələri barədə Kulebanı məlumatlandırıb

Blinken Cenevrədə Lavrovla keçirdiyi görüşün nəticələri barədə Kulebanı məlumatlandırıb
# 21 yanvar 2022 21:52 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken bu gün Cenevrədə Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşün yekunları barədə Ukrayna xarici işlər naziri Dmitri Kulebanı məlumatlandırıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna xarici işlər naziri "Twitter"də bildirib.

"Telefon danışığımızda ABŞ dövlət baş katibi Blinken Berlində və Cenevrədə keçirdiyi görüşlərin nəticələri barədə məni məlumatlandırdı. Bizim davam edən yaxın koordinasiyamıza görə minnətdaram.

Biz, həmçinin, Ukraynanın müdafiə qabiliyyətinin daha da gücləndirilməsi barədə müzakirələr apardıq.

Rusiya ilə diplomatik təmasların aktiv qaldığını bilmək yaxşıdır", nazir Kuleba bildirib.

Xatırladaq ki, bu gün Cenevrədə ABŞ və Rusiyanın top diplomatları arasında görüş olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR