"Boko Haram"ın kömür mədəninə hücumu nəticəsində 30 Nigeriya əsgəri həlak olub

"Boko Haram"ın kömür mədəninə hücumu nəticəsində 30 Nigeriya əsgəri həlak olub
# 03 iyul 2022 07:29 (UTC +04:00)

Nigeriyanın Niger ştatının Şiroro rayonunda “Boko Haram” terrorçularının şaxtaya hücumu zamanı azı 30 Nigeriya əsgəri həlak olub.

APA xəbər verir ki, bu barədə "U.S.News" məlumat yayıb.

Əsgərlər bir neçə gün əvvəl terrorçuların oğurladıqları mədənçilərin axtarışı üçün əməliyyat aparırmış. Silahlılar pusqu quraraq üç yük maşını ilə gedən hərbçilərə hücum ediblər.

Qeyd olunub ki, onlar motosiklet və yük maşını ilə hərəkət ediblər.

Şaxtada pusqu qurmazdan əvvəl onlar binanı mühafizə edən 7 polisi öldürüblər.

Bundan əlavə, səkkiz mülki şəxs güllələnib, çinli işçilər isə qaçırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR