Borrell: Rusiya ilə taxıl sövdələşməsinə dair razılığa gəlmək mümkün deyil

Borrell: Rusiya ilə taxıl sövdələşməsinə dair razılığa gəlmək mümkün deyil
# 19 sentyabr 2023 06:57 (UTC +04:00)

İndi taxıl müqaviləsinə qayıtmaq imkanı yoxdur.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu fikri Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Cozep Borrel Nyu-Yorkda keçirilən BMT Baş Assambleyası. 78-ci sessiyasının yüksək səviyyəli həftəsində bildirib.

“Görünür, razılığa gəlmək imkanı yoxdur”, - deyə o, bildirib.

Borrelin sözlərinə görə, Rusiya hakimiyyəti “daha ​​əvvəl danışıqlar masasında olan şərtləri irəli sürür”. Eyni zamanda, Aİ-nin xarici siyasət xidmətinin rəhbərinin sözlərinə görə, taxıl sazişinin bərpası “bəzi məhdudiyyətlərin və ya sanksiyaların aradan qaldırılmasından” ibarət olan bu şərtlərdən asılı deyil, çünki Aİ-nin məhdudiyyətləri ərzaq və gübrə ixracına təsir göstərməyəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR