Borrell Rusiyanı Xersonda atəşi dayandırmağa çağırıb

Borrell Rusiyanı Xersonda atəşi dayandırmağa çağırıb
# 09 iyun 2023 06:55 (UTC +04:00)

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell Rusiyanı Xerson vilayətində atəşi dərhal dayandırmağa çağırıb.

APA xəbər verir ki, bu barədə o, öz "Twitter" səhifəsində yazıb.

Diplomatın sözlərinə görə, Aİ Kaxovka Su Elektrik Stansiyasının (SES) bəndinin dağıdılmasından sonra Xerson vilayətində mülki əhalinin xilas edilməsi səylərinə xələl gətirən mərmi atışları barədə xəbərlər alır.

"Biz Rusiyanı bu qəbuledilməz hərəkətləri dərhal dayandırmağa çağırırıq", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR