Britaniya kəşfiyyatı: Rusiya ordusunda döyüşdən qaçan əsgərlərə atəş açmaq əmri verilib

Britaniya kəşfiyyatı: Rusiya ordusunda döyüşdən qaçan əsgərlərə atəş açmaq əmri verilib
# 04 noyabr 2022 11:39 (UTC +04:00)

Rusiya qüvvələrinin zəif mənəvi-psixoloji vəziyyəti və könülsüz döyüşməsi səbəbilə “baryer qoşunlar” və ya “bloklama bölmələri”nin yerləşdirilməsinə başlanılıb.

APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin (MN) kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, bu bölmələrin vəzifəsi geri çəkilən öz əsgərlərinə qarşı atəş açmaqdır. Vurğulanıb ki, Rusiya qüvvələri daha əvvəl iştirak etdiyi münaqişələrdə də bu taktikadan istifadə edilib.

Məlumatda vurğulanıb ki, rusiyalı generallar bu yaxınlarda öz komandirlərinə vəzifəsini yerinə yetirə bilməyənlərə, həmçinin fərarilərə qarşı silah tətbiq edilərək öldürülməsi səlahiyyətinin verilməsini istəyiblər. Bundan başqa, generallar müdafiə mövqelərinin hərbçilər tərəfindən ölənə qədər saxlanılmasını istəyiblər.

Məlumatında qeyd olunub ki, fərarilərin öldürülməsi taktikası Rusiya qüvvələrinin aşağı keyfiyyəti, aşağı mənəvi-psixoloji vəziyyəti və nizamsızlığını təsdiq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR