Britaniya Rusiyanı dezinformasiyada ittiham edib

Britaniya Rusiyanı dezinformasiyada ittiham edib
# 22 mart 2023 08:08 (UTC +04:00)

Rusiya kasıblaşdırılmış uran mərmiləri haqqında qəsdən dezinformasiya yaymağa çalışır.

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin “kollektiv Qərb”in nüvə komponenti olan silahlardan istifadə etməyə başladığı iddiasına “cavab verməyə məcbur olacaqlarını” bildirib.

Sky News yazır ki, Müdafiə Nazirliyi Britaniya ordusunun bu materialdan onilliklər ərzində öz mərmilərində istifadə etdiyini bildirib.

“Bu standart komponentdir, nüvə silahı ilə heç bir əlaqəsi yoxdur. Rusiya bundan xəbərdardır, lakin bilərəkdən dezinformasiya etməyə çalışır”, - Müdafiə Nazirliyinin bəyanatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR