Britaniya XİN: Putinin hədələri ciddi qarşılanmalıdır

Britaniya XİN: Putinin hədələri ciddi qarşılanmalıdır
# 21 sentyabr 2022 11:45 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinin çıxışı narahatlıq doğuran eskalasiya idi və onun hədələri ciddi qarşılanmalıdır.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə dövlət katibi Gilian Kiqan “Sky News”a açıqlamasında deyib:

"Aydındır ki, bu ciddi qarşılanmalı bir məsələdir, çünki bilirsiniz, nəzarət bizdə deyil – nəzarətin heç onda olduğuna da əmin deyiləm. Bu açıq-aşkar eskalasiyadır”.

Nazir BBC-yə açıqlamasında isə bildirib ki, Rusiya daha əvvəl də bu cür təhdidlər səsləndirib.

“Bu ciddi təhdiddir, amma daha əvvəl də edilib”, - deyə Gilian Kiqan bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR