Çavuşoğlunun “Barış bulağı”nın bərpa oluna biləcəyi ilə bağlı dedikləri Rusiyada təəccübə səbəb olub

Çavuşoğlunun “Barış bulağı”nın bərpa oluna biləcəyi ilə bağlı dedikləri Rusiyada təəccübə səbəb olub
  • Clock-gray 17:30
  • calendar-gray 19 Noyabr 2019

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Suriyanın şimalında hərbi əməliyyatların bərpa oluna biləcəyi ilə bağlı dedikləri Rusiya Müdafiə Nazirliyinin təəccübünə səbəb olub.  

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, hərbi əməliyyatların yenidən bərpa edilməsi Suriyanın şimalında vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər.

“Türkiyə XİN başçısının hərbi əməliyyatların bərpa oluna biləcəyi ilə bağlı bəyanatı Rusiya və Türkiyə prezidentlərinin imzaladıqları birgə memorandumda qeyd olunduğu kimi nizamlanmaya deyil, ancaq Suriyanın şimalında vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər”, - deyə İ. Konaşenkov qeyd edib. 

Xatırladaq ki, M. Çavuşoğlu ABŞ və Rusiyanı Suriya ilə bağlı razılaşmanın tələblərini yerinə yetirməməkdə qınayıb. Nazir bildirib ki, ərazi terrorçulardan təmizlənməyəcəyi təqdirdə, "Barış bulağı" hərəkatı yenidən başlaya bilər.

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date