Çeçenistan rəhbəri az gücə malik nüvə silahından istifadənin tərəfdarı olduğunu bildirib

Ramzan Kadırov

© APA | Ramzan Kadırov

# 01 oktyabr 2022 18:54 (UTC +04:00)

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna ilə münaqişədə az gücə malik nüvə silahından istifadənin tərəfdarı olduğunu bildirib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Kadırov özünün Telegram kanalında yazıb.

“Rusiya Müdafiə Nazirliyinin Ali Baş Komandana nə məruzə etdiyini bilmirəm, amma mənim şəxsi fikrimcə, sərhədyanı ərazilərdə hərbi vəziyyət elan olunana qədər az gücə malik nüvə silahlarının tətbiqi daxil daha sərt tədbirlər görülməlidir. Hər qərarı Qərb-Amerika ictimaiyyətinə nəzər salaraq qəbul etmək lazım deyil. Onlar onsuz da bizə qarşı çox şey ediblər. Dünən İzyumda parad oldu, bu gün Limanda bayraq qaldırıldı, sabah nə olacaq? Bu qədər pis olmasaydı, hər şey yaxşı olardı”, deyə Çeçenistan rəhbəri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR