Çeçenistanda yol qəzasında ikisi uşaq olmaqla, altı nəfər ölüb

Çeçenistanda yol qəzasında ikisi uşaq olmaqla, altı nəfər ölüb
# 16 sentyabr 2019 10:10 (UTC +04:00)

Rusiyanın Çeçenistanın Respublikasının Alxan-Yurt kəndi ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində altı nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərdən ikisi uşaq, biri qadındır.

İlkin məlumata görə, avtomobillərdən biri kənd yolundan əsas yola çıxmaq istəyən vaxt həmin yolda hərəkətdə olan avtomobillə toqquşub.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR